Ana Sayfa > Siyasət > YAP Qusar rayon təşkilatı növbəti hesabat-seçki yığıncaqları keçirilib
YAP Qusar rayon təşkilatı növbəti hesabat-seçki yığıncaqları keçirilibBu gün, 16:54. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının Avaran, Köhnə Xudat, Gədəzeyxur, Samur, Yuxarı Zeyxur və Quxuroba kənd ərazi partiya təşkilatlarında növbəti hesabat-seçki yığıncaqları keçirilib. Yığıncaqları giriş sözü ilə açan YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova bildirib ki, ərazi partiya təşkilatları Yeni Azərbaycan Partiyasının yerli strukturlarının əsas dayaqlarından biri olmaqla, partiyanın proqram və məqsədlərinin təbliğində, üzvlərin fəallığının artırılmasında, dövlətçilik dəyərlərinin qorunmasında və cəmiyyətlə sıx əlaqələrin qurulmasında mühüm rol oynayır. O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı inkişaf yolunda inamla irəliləyir və bu uğurların təbliği, dövlətçilik ideyalarının təşviqi hər bir partiya üzvünün əsas vəzifələrindən biridir. Təşkilati işin daha da təkmilləşdirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakı və qarşıda duran vəzifələrin yüksək məsuliyyətlə yerinə yetirilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Daha sonra ərazi partiya təşkilatlarının hesabat dövründə gördükləri işlər müzakirə olunub, keçirilən seçkilər nəticəsində sədrlər və sədr müavinləri seçilərək gündəlikdə duran təşkilati məsələlər üzrə müvafiq qərarlar qəbul edilib. Çıxış edən yeni seçilmiş sədrlər və sədr müavinləri göstərilən etimada görə təşəkkürlərini bildirərək, Yeni Azərbaycan Partiyasının prinsiplərinə sadiq qalacaqlarını, partiyanın proqram və məqsədlərinin həyata keçirilməsi, üzvlərin fəallığının artırılması, dövlətçilik ideyalarının təbliği və təşkilati işin daha da gücləndirilməsi istiqamətində üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəklərini vurğulayıblar. Geri dön |