Ana Sayfa > Siyasət / Manşet > İran Azərbaycanla əlaqələri genişləndirmək istəyir

İran Azərbaycanla əlaqələri genişləndirmək istəyir


31-03-2017, 10:02. Yazar: admin
İran Azərbaycanla əlaqələri genişləndirmək istəyir



Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiya İranın yaxın qonşularıdır və rəsmi Tehran Xəzər dənizi vasitəsilə bu ölkələrlə əlaqələrini daha da genişləndirmək istəyir.Bu sözləri Gilan vilayətinə səfər edən İran Prezidenti Həsən ruhani mətbuat nümayəndələrinə açıqlamasında deyib.
H. Ruhani bildirib ki, Azərbaycan Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə investisiya yatırmaq niyyətindədir. Bu yolun istifadəyə verilməsi Hindistandan Rusiyaya, oradan isə Avropa ölkələrinə yüklərin tranzit daşınmasına imkan yaradacaq. Bu yol təkcə Azərbaycan, İran və Rusiya üçün deyil, digər ölkələr üçün də faydalı olacaq. Bəndər-Abbas limanını Rusiya ilə birləşdirəcək Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu beynəlxalq əhəmiyyətə malikdir.

Xatırladaq ki, Gilan vilayətinə səfər edən Prezident H. Ruhani burada 17 infrastruktur layihəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.


AİA.az
Geri dön