Ana Sayfa > Dünya > Bu ölkədə vəba xəstəliyi yayılır -

Bu ölkədə vəba xəstəliyi yayılır -


Bu gün, 14:41. Yazar: Subhan
Bu ölkədə vəba xəstəliyi yayılır -

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində kütləvi vəba epidemiyası davam edir.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, indiyədək 198 nəfər epidemiyanın qurbanı olub, şübhəli halların ümumi sayı 35.500-ü keçib.

Epidemiya may ayının əvvəlində başlayıb. Məlumata görə, 12 iyul tarixinə qədər vəba şübhəsi olan 24.000-dən çox xəstə tibbi yardım alıb, onların dörddə birindən çoxu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Yoluxmuş insanlara tibbi yardım göstərmək üçün təşkilat iki ixtisaslaşmış vəba müalicəsi mərkəzi, beş ixtisaslaşmış bölmə və 17 oral rehidratasiya stansiyası saxlayır.

"Sərhədsiz Həkimlər" qeyd edir ki, infeksiya sürəti cavab tədbirlərini üstələyir. Epidemiyanın əsas səbəbləri təhlükəsiz içməli suyun olmaması, pis sanitariya və səhiyyə xidmətlərinə məhdud çıxışdır.

aia.az
Geri dön