Ana Sayfa > Özəl > Sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı istifadəçilərə xəbərdarlıq
Sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı istifadəçilərə xəbərdarlıqBu gün, 19:16. Yazar: vasif |
![]() Sosial şəbəkələrdə aşağı məbləğli kredit vədləri ilə paylaşılan saxta elanlar istifadəçilər üçün kiberdələduzluq riskini artırır. Mütəxəssislər bildirirlər ki, bu cür paylaşımlarda tez təsdiq, sürətli köçürmə və ya sadələşdirilmiş kredit proseduru vəd edilərək vətəndaşlar aldadılmağa çalışıla bilər. Saxta hesablar bəzi hallarda maliyyə qurumlarının adını, loqosunu və ya vizual üslubunu təqlid edərək etibarlı təsəvvür yaratmağa cəhd göstərirlər. İstifadəçilər isə şəxsi mesajlar və ya təsdiqlənməmiş keçidlər vasitəsilə şəxsi və maliyyə məlumatlarını paylaşmağa yönləndirilə bilərlər. Mütəxəssislər kredit müraciəti etməzdən əvvəl maliyyə qurumunun lisenziyasını, rəsmi internet səhifəsini və əlaqə vasitələrini yoxlamağı, müraciətləri yalnız rəsmi kanallar üzərindən həyata keçirməyi tövsiyə edirlər. Bank kartı məlumatları, şəxsiyyət məlumatları və SMS təsdiq kodlarının sosial şəbəkələrdə və ya mesajlaşma tətbiqlərində naməlum şəxslərlə paylaşılmaması da vacib hesab olunur. Qeyd edilir ki, kiçik məbləğli kredit təklifləri istifadəçilərdə risk hissini azalda bilər. Bundan istifadə edən dələduzlar vətəndaşları tələsik qərar verməyə sövq edərək onları rəsmi platformalardan kənara yönləndirməyə çalışırlar. Mütəxəssislər vətəndaşlara kredit götürməzdən əvvəl şərtləri diqqətlə öyrənməyi, yalnız lisenziyalı maliyyə təşkilatlarının xidmətlərindən istifadə etməyi və şübhəli sosial media elanlarına qarşı ehtiyatlı davranmağı tövsiyə edirlər. Geri dön |