Ana Sayfa > Özəl > ABŞ Yaxın Şərqə səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib

ABŞ Yaxın Şərqə səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib


Bu gün, 18:43. Yazar: vasif
ABŞ Yaxın Şərqə səyahətlə bağlı vətəndaşlarına xəbərdarlıq edib




ABŞ Dövlət Departamenti Yaxın Şərqdə təhlükəsizlik vəziyyəti ilə bağlı vətəndaşlarına yenilənmiş xəbərdarlıq yayıb.

Qurumun açıqlamasında bildirilib ki, regionda gərginliyin davam etməsi səbəbindən təhlükəsizlik mühiti mürəkkəb olaraq qalır və gözlənilməz eskalasiya ehtimalı mövcuddur. ABŞ vətəndaşlarına ehtiyatlı olmaları, sayıqlığı artırmaları və mümkün səyahət dəyişikliklərinə hazır olmaları tövsiyə edilib.

Məlumata görə, bəzi aviaşirkətlər Yaxın Şərq istiqamətində uçuş cədvəllərinin əvvəlki rejimdə bərpasını təxirə salıb, digərləri isə bir sıra reysləri ləğv edib. Departament hava məkanının müvəqqəti bağlanması və uçuşların təxirə salınması ehtimalını da xatırladıb.

Açıqlamada həmçinin qeyd olunur ki, İran və onu dəstəkləyən qruplar ABŞ-ın xaricdəki maraqlarını, eləcə də ABŞ-la əlaqəli şəxsləri, müəssisələri və digər obyektləri hədəfə ala bilərlər. Bu qiymətləndirmə ABŞ Dövlət Departamentinin təhlükəsizlik xəbərdarlığında yer alıb.

Departament Yaxın Şərqdən kənarda yaşayan ABŞ vətəndaşlarına bölgəyə planlaşdırdıqları səfərləri yenidən nəzərdən keçirməyi tövsiyə edib.

Geri dön