Ana Sayfa > Özəl > Abşeron çimərliklərində sabahın hava proqnozu açıqlanıb

Abşeron çimərliklərində sabahın hava proqnozu açıqlanıb


Bu gün, 18:16. Yazar: vasif
Abşeron çimərliklərində sabahın hava proqnozu açıqlanıb



Milli Hidrometeorologiya Xidməti iyulun 24-ü üçün Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı proqnoz yayıb.

Məlumata görə, gün ərzində cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 26–27 dərəcə isti olacağı gözlənilir.

Cənub çimərliklərində isə – Türkan, Hövsan, Sahil və Şıxda dəniz suyunun temperaturunun 27–28 dərəcə isti təşkil edəcəyi proqnozlaşdırılır.

Geri dön