Ana Sayfa > İdman > Messinin komanda yoldaşı oldu

Messinin komanda yoldaşı oldu


Bu gün, 09:49. Yazar: Subhan
Messinin komanda yoldaşı oldu

ABŞ-nin "İnter Mayami" klubu braziliyalı yarımmüdafiəçi Kazemironun transferini rəsmən açıqlayıb.

aia.az xəbər verir ki, MLS təmsilçisinin yaydığı məlumata görə, tərəflər arasında imzalanan müqavilə 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Razılaşmada sözləşmənin daha iki mövsüm uzadılması ilə bağlı bənd də yer alıb.

34 yaşlı futbolçu "İnter Mayami"yə azad agent statusunda qoşulub. O, yeni komandasında 8 qat "Qızıl top" mükafatçısı Lionel Messi ilə eyni formanı geyinəcək.

Kazemiro bu yay müqaviləsinin başa çatmasından sonra "Mançester Yunayted"dən ayrılıb. İngiltərə klubunun heyətində o, Liqa Kubokunun (2023) və İngiltərə Kubokunun (2024) qalibi olub.

Təcrübəli yarımmüdafiəçi daha əvvəl "San-Paulu", "Portu" və Madrid "Real"ının şərəfini qoruyub. O, "Real"ın heyətində beş dəfə UEFA Çempionlar Liqasını qazanmaqla yanaşı, üç dəfə İspaniya çempionu olub, həmçinin UEFA Superkuboku, İspaniya Superkuboku və Klublararası Dünya Çempionatında da zəfər sevinci yaşayıb.

Braziliya millisinin aparıcı simalarından olan Kazemiro 2019-cu ildə Amerika Kubokunun qalibi olub. O, yığmanın heyətində keçirdiyi 91 oyunda 10 qola imza atıb.

Qeyd edək ki, "İnter Mayami" son MLS mövsümünün çempionudur.

aia.az
Geri dön