Ana Sayfa > Karusel / Dünya > Maduronun məhkəməsinin keçiriləcəyi tarix açıqlandı

Maduronun məhkəməsinin keçiriləcəyi tarix açıqlandı


Bu gün, 09:28. Yazar: Subhan
Maduronun məhkəməsinin keçiriləcəyi tarix açıqlandı

Narkoterrorizm, silah və narkotik qaçaqmalçılığı ittihamları ilə mühakimə olunan Venesuelanın sabiq prezidenti Nikolas Maduronun işi üzrə məhkəmə prosesi iyulun 22-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.

aia.az xəbər verir ki, məhkəmə iclasının əvvəlcə iyunun 30-na təyin edilməsi planlaşdırılsa da, ABŞ prokurorluğunun müraciəti əsasında proses təxirə salınıb. Prokurorluq bu qərarı logistika və təşkilati məsələlər, eləcə də əlavə təhlükəsizlik tədbirlərinin görülməsi zərurəti ilə izah edib.

Nyu-Yorkun Cənub Dairə Məhkəməsinin hakimi Elvin Hellerştayn vəsatəti təmin edərək məhkəmənin iyulun 22-nə keçirilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, Nikolas Maduro və həyat yoldaşı Siliya Flores bu ilin yanvarında keçirilən əməliyyat zamanı saxlanılaraq Nyu-Yorka aparılıblar. Onlar ABŞ-yə qarşı təhdid yaratmaq, narkoterrorizm, silah və narkotik qaçaqmalçılığı ilə bağlı ittihamlarla üzləşirlər.

aia.az
Geri dön