Ana Sayfa > Siyasət / Seçilənlər-5 / Manşet > İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında - FOTO

İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında - FOTO


25-06-2015, 11:40. Yazar: admin

Prezident rəmzi açılışı bildirən lenti kəsib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 97-ci ildönümü münasibətilə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında iştirak edib.

Aia.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandana raport verib.

Prezident İlham Əliyev Dəniz Qüvvələri bazasının baş planına baxıb.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib və şəxsi heyətlə görüşüb.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verib. Prezident İlham Əliyev əsgərləri salamlayıb.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Prezident İlham Əliyev mərasimdə nitq söyləyib. Sonra dövlət başçısı Hərbi Dəniz Qüvvələrinin bazasında yaradılmış şəraitlə tanış olub.




İlham Əliyev Hərbi Dəniz Qüvvələri bazasının açılışında - FOTO
























Geri dön