Ana Sayfa > Siyasət > Ərdoğanın proqramında dəyişiklik: Səsində problem var

Ərdoğanın proqramında dəyişiklik: Səsində problem var


30-03-2017, 18:14. Yazar: admin
Ərdoğanın proqramında dəyişiklik: Səsində problem var


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın proqramında dəyişiklik olub.

Trend-in məlumatına görə, dövlət başçısı Mardində iştirak edəcəyi açılış mərasimindən sonra bir müddət istirahət edəcək. Bununla əlaqədar Prezidentin cumə günü planlaşdırılan Ərzurum səfəri başqa vaxta keçirilib.

Prezident Administrasiyasındakı mənbə "Habertürk TV"-yə R.T.Ərdoğanın səsində yaşanan problemdən dolayı səfər proqramında dəyişiklik edildiyini bildirib.

Bundan başqa, dövlət başçısının Baş nazir Binəli Yıldırımla Van və Diyarbəkirə birgə səfərinin də vaxtı dəyişdirilib.

AİA.az
Geri dön