Ana Sayfa > Ölkə > Nabranda 18 yaşlı qız dənizdə batdı -
Nabranda 18 yaşlı qız dənizdə batdı -Bu gün, 07:42. Yazar: Subhan |
![]() Xaçmaz rayonu, Nabran kəndində dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. aia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. Hazırda vətəndaş-2008-ci il təvəllüdlü Xalidova Arzu Zaur qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışları davam etdirilir. Əlavə məlumat veriləcək. aia.az Geri dön |