Ana Sayfa > Özəl > Çin Rusiyadan neft idxalını artırıb

Çin Rusiyadan neft idxalını artırıb


Dünən, 21:00. Yazar: vasif
Çin Rusiyadan neft idxalını artırıb



Çin 2026-cı ilin ilk altı ayında Rusiyadan neft idxalını əhəmiyyətli dərəcədə artırıb. Bu barədə Çin Gömrük Baş İdarəsinin açıqladığı rəsmi statistikada qeyd olunur.

Məlumata görə, yanvar–iyun aylarında Çinin Rusiyadan idxal etdiyi neftin həcmi 57,28 milyon tona çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,7 faiz çoxdur.

Hesabata əsasən, həmin dövrdə Rusiyadan alınan neftin ümumi dəyəri 33,13 milyard dollar təşkil edib. Bu göstərici ötən ilin ilk yarısı ilə müqayisədə 31,1 faiz artım deməkdir. Müqayisə üçün, 2025-ci ilin eyni dövründə Çin Rusiyadan 49,11 milyon ton həcmində, 25,27 milyard dollar dəyərində neft idxal etmişdi.

Bununla yanaşı, rəsmi statistika göstərir ki, Çin ümumilikdə neft idxalını azaldıb. Belə ki, 2026-cı ilin yanvar–iyun aylarında ölkənin ümumi neft idxalı 247,61 milyon ton olub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 11,4 faiz azdır.

Dəyər baxımından isə Çinin ümumi neft idxalına çəkdiyi xərclər 151,04 milyard dollara çatıb. Bu göstərici ötən ilin ilk yarısı ilə müqayisədə 1,8 faiz artım nümayiş etdirib.

Geri dön