Ana Sayfa > Özəl > İsraildə növbədənkənar seçkilər: Ekspert Azərbaycan–İsrail münasibətlərini dəyərləndirdi
İsraildə növbədənkənar seçkilər: Ekspert Azərbaycan–İsrail münasibətlərini dəyərləndirdiDünən, 18:39. Yazar: vasif |
![]() İsrail parlamenti (Knesset) növbədənkənar parlament seçkiləri öncəsi özünün buraxılması ilə bağlı qanun layihəsini qəbul edib. Qərara əsasən, oktyabrın 27-nə təyin olunan seçkilərdən sonra formalaşacaq yeni parlament fəaliyyətə başlayacaq. İsrail mediasında dərc olunan son rəy sorğularına əsasən, qarşıdakı seçkilərdə əsas mübarizənin Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası ilə müxalif siyasi qüvvələr arasında gedəcəyi gözlənilir. Sorğular hakim koalisiyanın əvvəlki mövqeyini qorumaqda çətinlik çəkə biləcəyini göstərir. Mövzu ilə bağlı siyasi şərhçi Heydər Oğuz bildirib ki, İsraildə mümkün siyasi dəyişikliklər Azərbaycan–İsrail münasibətlərinin gələcək inkişafı baxımından da maraq doğurur. Onun fikrincə, iki ölkə arasındakı əməkdaşlıq konkret şəxslərdən deyil, dövlətlərin strateji maraqlarından asılıdır. Ekspert hesab edir ki, İsraildə yeni hökumətin formalaşması regional siyasətdə müəyyən dəyişikliklər yarada bilər. Bununla yanaşı, o, Azərbaycanın xarici siyasətində balanslı və praqmatik yanaşmanın qorunmasının vacibliyini vurğulayıb. Heydər Oğuzun sözlərinə görə, Azərbaycan həm İsraillə, həm də regionun digər dövlətləri ilə münasibətlərini milli maraqlar əsasında inkişaf etdirməyə çalışır. O hesab edir ki, dəyişən geosiyasi şəraitdə Bakı yeni əməkdaşlıq imkanlarını da nəzərə almalıdır. Siyasi şərhçi əlavə edib ki, Yaxın Şərqdə və regionda baş verən proseslər fonunda Azərbaycanın geostrateji əhəmiyyəti artır. Onun fikrincə, ölkənin nəqliyyat, enerji və diplomatik imkanları gələcəkdə regional əməkdaşlıq baxımından daha mühüm rol oynaya bilər. Qeyd edək ki, İsraildə keçiriləcək parlament seçkilərinin nəticələri yalnız ölkənin daxili siyasi mənzərəsinə deyil, həm də hökumətin xarici siyasət kursuna təsir göstərə bilər. Bunun Azərbaycan–İsrail münasibətlərinə mümkün təsiri isə yeni hökumətin formalaşmasından və gələcək siyasi qərarlardan sonra daha aydın məlum olacaq. Geri dön |