Ana Sayfa > Özəl > YAP Gədəbəy rayon təşkilatının əməkdaşları və partiya fəalları işğaldan azad edilmiş ərazilərə səfər ediblər
YAP Gədəbəy rayon təşkilatının əməkdaşları və partiya fəalları işğaldan azad edilmiş ərazilərə səfər ediblərDünən, 11:38. Yazar: azer |
![]() Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının təşkilatçılığı ilə 18 iyul 2026-cı il tarixində partiya əməkdaşları və fəalları işğaldan azad edilmiş ərazilərə səfər ediblər. aia.az xəbər verir ki, səfər marşrutu Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşanı əhatə edib. Səfər zamanı iştirakçılar işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi, mədəni və strateji əhəmiyyətli məkanları ziyarət edib, Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri, müasir infrastruktur layihələri, yeni yaşayış məntəqələrinin salınması, eləcə də tarixi və mədəni irsin bərpası istiqamətində görülən işlərlə yaxından tanış olublar. Səfər çərçivəsində partiya əməkdaşları və fəalları Şuşada keçirilən “Heydərbabaya salam” festivalının qonağı olublar. Səfər zamanı Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatı tərəfindən Ərazi Partiya Təşkilatının sədri, partiya fəalı Arzu Qasımova 55 illik yubileyi münasibətilə “FƏXRİ FƏRMAN”la təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının əməkdaşı Anar Məmmədov partiyanın ictimai-siyasi həyatında göstərdiyi fəallığa görə Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının “FƏXRİ FƏRMAN”ı ilə təltif olunub. İşğaldan azad edilmiş ərazilərə təşkil olunan səfər iştirakçılara Qarabağda aparılan bərpa-quruculuq işlərini yerində izləmək, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq və bölgədə gedən inkişaf prosesini əyani şəkildə müşahidə etmək imkanı yaradıb. Geri dön |