Ana Sayfa > İdman > Kilian Mbappe "Qızıl buts" qazandı

Kilian Mbappe "Qızıl buts" qazandı


Dünən, 11:20. Yazar: Subhan
Kilian Mbappe "Qızıl buts" qazandı

Fransa millisinin hücumçusu Kilian Mbappe 2026-cı il Dünya Kubokunun ən məhsuldar bombardiri olub.

aia.az xəbər verir ki, Mbappe turnirdə keçirdiyi 8 oyunda 10 qol vurub və 4 məhsuldar ötürmə edib. O, bu göstəricilərlə mundialın "Qızıl buts" mükafatına layiq görülüb.

Fransalı futbolçu qol və assistlərin ümumi sayına görə də turnirin ən yaxşı nəticə göstərən oyunçusu olub. Mbappe eyni zamanda Dünya Kuboku tarixində 22 məhsuldar hərəkətlə bu göstəricidə liderliyə yüksəlib.

Mundialın "Gümüş buts" mükafatını Argentina millisinin kapitanı Lionel Messi qazanıb. O, 8 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib. İngiltərə millisinin üzvü Cud Bellinqem və Norveç yığmasının hücumçusu Erlinq Haland isə hərəyə 7 qolla turniri başa vurublar.

Qeyd edək ki, 2026-cı il Dünya Kubokunun finalında İspaniya Argentina millisini 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə mundialın qalibi olub. Üçüncü yer uğrunda görüşdə isə İngiltərə Fransanı 6:4 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.

Fransa millisinin futbolçusu Maykl Oliseh isə turnirdə 7 məhsuldar ötürmə ilə ən yaxşı assist müəllifi seçilib.

aia.az
Geri dön