Ana Sayfa > İdman > "Qarabağ" "Fənərbağça"ya, "Neftçi" "Braqa"ya rəqib ola bilər
"Qarabağ" "Fənərbağça"ya, "Neftçi" "Braqa"ya rəqib ola bilərDünən, 11:14. Yazar: Subhan |
![]() Azərbaycan klublarının avrokubokların III təsnifat mərhələsindəki potensial rəqibləri bu gün bəlli olacaq. aia.az-ın məlumatına görə, ilk olaraq UEFA Çempionlar Liqasında (ÇL) bu raundun püşkatma mərasimi keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. "Sabah" püşkdə səpələnməmişlər səbətində yer alacaq. "Bayquşlar" II təsnifatda Finlandiyanın "KuPS" klubu ilə üz-üzə gələcək. "Sabah"ın ÇL-in III təsnifat mərhələsindəki potensial rəqibləri: "Larne" (Şimali İrlandiya) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi "Tun" (İsveçrə) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi "İberiya" (Gürcüstan) - "Slovan" (Slovakiya) cütünün qalibi "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi "Eqnatiya" (Albaniya) - "Sele" (Sloveniya) "Omoniya" (Kipr) - "Kayrat" (Qazaxıstan) UEFA Avropa Liqasında çıxış edən "Qarabağ" III təsnifat mərhələsinin püşkatmasında səpələnmişlər səbətində olacaq. Püşk Bakı vaxtı ilə saat 15:00-da atılacaq. Ağdam klubu II təsnifatda Bolqarıstanın ÇSKA komandası ilə görüşəcək. "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqibləri: "Şerif" (Moldova) - "Makkabi (Tel-Əviv, İsrail) cütünün qalibi "Şturm" (Avstriya) - "Harts" (Şotlandiya) cütünün qalibi "Fənərbağça" (Türkiyə) - "Qurnik" (Polşa) cütünün qalibi UEFA Konfrans Liqasında isə "Neftçi" və "Zirə" mümkün rəqiblərini tanıyacaqlar. Hər iki komanda səpələnməmişlər səbətində olacaq. "Ağ-qaralar" II təsnifat mərhələsində Belarusun "Dinamo" (Minsk), "qartallar" Estoniyanın "Payde" kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. "Neftçi"nin III təsnifat mərhələsindəki potensial rəqibləri: "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) cütünün qalibi "Pakş" (Macarıstan) - "Panatinaikos" (Yunanıstan) cütünün qalibi "Luqano" (İsveçrə) - "Dukadjini" (Kosovo) cütünün qalibi AEK (Larnaka, Kipr) - "Beytar" (İsrail) cütünün qalibi "Zirə"nin potensial rəqibləri: "Bravo" (Sloveniya) - "Şkendiya" (Şimali Makedoniya) cütünün qalibi "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün qalibi "Rakuv" (Polşa) - "Valletta" (Malta) cütünün qalibi "Riyeka" (Xorvatiya) - "Derri Siti" (İrlandiya) cütünün qalibi "Polesye" (Ukrayna) - "Kopenhagen" (Danimarka) cütünün qalibi Xatırladaq ki, UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunları 4-5 və 11 avqustda keçiriləcək. UEFA Avropa Liqasında və UEFA Konfrans Liqasında matçlar 6 və 13 avqusta təsadüf edəcək. aia.az Geri dön |