Ana Sayfa > Manşet / Dünya > Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb

Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb


Dünən, 10:45. Yazar: Subhan
Türkiyədə bələdiyyə sədri və əri saxlanılıb

Türkiyədə İzmit Rayon Bələdiyyəsinə qarşı aparılan istintaq əməliyyat tədbirləri çərçivəsində səhər saatlarında yerli bələdiyyə sədri Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyet saxlanılıb.

aia.az xəbər verir ki, bu barədə "Haber Global" bildirib.

Məlumata görə, Fatma Kaplan Hürriyet və həyat yoldaşı Murat Hürriyetlə yanaşı, daha 31 şübhəlinin saxlanılması barədə qərar qəbul olunsa da, onlarda 28-i tutulub.

İnformasiyaya əsasən, istintaq çərçivəsində səhər saatlarında İzmit Bələdiyyəsi binasında və Fatma Kaplan Hüriyyetin mənzilində polis əməliyyat-axtarış işləri aparıb.

İstanbul Prokurorluğu tərəfindən verilən açıqlamaya görə, bələdiyyə sədri və həyat yoldaşı da daxil olmaqla 31 nəfər barəsində "cinayət törətmək məqsədilə təşkilat yaratmaq", "korrupsiya" və "tenderə fırıldaq qarışdırmaq" kimi ittihamlar irəli sürülüb.

Bildirilib ki, prokurorluğun göstərişi əsasında iyulun 20-də Antalya, Kırıkkale, İzmit, İstanbul və Ankara şəhərlərində eyni vaxtda əməliyyat keçirilib.

aia.az
Geri dön