Ana Sayfa > İdman / Karusel > Gecənin tək ulduzu Lamin Yamal deyildi
Gecənin tək ulduzu Lamin Yamal deyildiDünən, 10:43. Yazar: Subhan |
![]() Xəbər verdiyimiz kimi, ABŞ-nin Nyu-York şəhəri yaxınlığındakı "New York New Jersey Stadium"da keçirilən DÇ-2026-nın finalında İspaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanaraq tarixində növbəti dünya çempionluğunu əldə edib. aia.az-ın məlumatına görə, final gecəsinin ən çox danışılan məqamlarından biri isə İspaniya millisinin ulduzu Lamin Yamalın kiçik qardaşı Keynen olub. Oyunu tribunadan izləyən balaca Keyne İspaniyanın vurduğu qoldan sonra sevincini gizlədə bilməyib. Onun emosional reaksiyası kameraların diqqətindən yayınmayıb və qısa zamanda sosial şəbəkələrdə, eləcə də dünya mediasında geniş yayılıb. Final fitindən sonra Keyne meydana enərək qardaşı Lamin Yamalın yanına gəlib. Balaca qardaş kubok sevincini futbolçu ilə birlikdə yaşayaraq gecənin ən yaddaqalan görüntülərindən birinə çevrilib. aia.az Geri dön |