Ana Sayfa > Gündəm > Cəlilabadda evlər təhlükə qarşısında

Cəlilabadda evlər təhlükə qarşısında


30-03-2017, 15:42. Yazar: admin
Cəlilabadda evlər təhlükə qarşısında



Cəlilabad rayonunda yeni sürüşmə sahələri əmələ gəlib.

AİA.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovun APA-ya verdiyi məlumata görə, rayonun Çinar, Soyuqbulaq və Albalan kəndlərində yeni sürüşmə sahələri yaranıb.

Onun sözlərinə görə, Çinar kəndində baş vermiş sürüşmə yamacboyu aktiv fazada hərəkət etdiyindən yamacın aşağı hissəsində yerləşən 4 yaşayış evi təhlükəli vəziyyətlə üzləşib.

Ekspedisiya rəisi bildirib ki, Soyuqbulaq kəndində baş vermiş sürüşmə zamanı 1 ev qəzalı vəziyyətə düşüb.

"Albalan kəndində, Cəlilabad-Sadatlı avtomobil yolunun 12-ci km-də isə yeni sürüşmə-çökmə hadisəsi baş verib" - o əlavə edib.

Ə.Qaralov qeyd edib ki, eyni zamanda Cəlilabadın Muğan və Qarazəncir kəndlərində subasma hadisəsi baş verib, nəticədə evlərin zirzəmiləri su ilə dolub.

AİA.az
Geri dön