Ana Sayfa > Dünya > Ermənistan bu böhranla ÇALXALANIR
Ermənistan bu böhranla ÇALXALANIRDünən, 20:31. Yazar: vasif |
![]() Ermənistanda taxıl istehsalında böhran dərinləşir. aia.az xəbər verir ki, son on ildə taxıl əkin sahələri təxminən iki dəfə azalıb və ölkənin idxaldan asılılığı daha da artıb. Rəsmi statistikaya görə, 10 il əvvəl Ermənistanda taxıl bitkiləri təxminən 100 min hektar sahədə əkildiyi halda, ötən il bu göstərici 48 min hektardan da aşağı düşüb. Ermənistanda taxılçılıq dövlət tərəfindən zəmanətli alışların və istehsalçılara sistemli dəstəyin olmaması səbəbindən rentabelli hesab edilmir. Nəticədə sahə tədricən istehsal potensialını itirir, kənd təsərrüfatı texnikası isə köhnəlməkdə davam edir. Ölkənin taxılla özünütəminetmə səviyyəsi onsuz da yüksək olmayıb, lakin son illərdə daha da aşağı düşüb. Hazırda daxili tələbatın təxminən 75 faizi idxal hesabına ödənilir. İdxal olunan buğdanın təxminən 99 faizi Rusiyanın payına düşür. Bununla belə, Ermənistan hakimiyyəti Rusiyadan asılılığı azaltmağa çalışır. Bu günlərdə baş nazir Nikol Paşinyan taxıl istehsalının səmərəliliyinin artırılması ilə bağlı tapşırıq verib. Ermənistan rəsmiləri və ekspertləri müxtəlif vaxtlarda etiraf ediblər ki, Ermənistanın taxıl tələbatının 60 faizdən çoxu Azərbaycanın işğal altında olmuş ərazilərində aparılan əkinçilik hesabına ödənilirdi. Bundan başqa, Azərbaycanın işğal altında saxlanılan torpaqlarında geniş otlaq sahələrindən istifadə olunması Ermənistanın heyvandarlıq və ət istehsalı üçün də mühüm mənbələrdən biri hesab edilirdi. Azərbaycanın torpaqları 2020-ci ildə işğaldan azad edildikdən sonra Ermənistan bu imkanlardan məhrum olub və ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı problemlər daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Geri dön |