Ana Sayfa > Ölkə > Gəncədə fərdi ev yandı - Xəsarət alan var

Gəncədə fərdi ev yandı - Xəsarət alan var


Dünən, 19:57. Yazar: vasif
Gəncədə fərdi ev yandı - Xəsarət alan var


Gəncədə fərdi evdə yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Rafael Həsənov ünvanında qeydə alınıb.

İlkin məlumata görə, ərazidə mövcud olan quru kol-kosda başlayan yanğın sonradan üçotaqlı evə keçib.

Hadisə zamanı alovu söndürməyə çalışan 2009-cu il təvəllüdlü Əli Məmmədov yıxılaraq xəsarət alıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və yanğın söndürənləri cəlb olunub.

Edilən müdaxilə nəticəsində alov söndürülüb.

Hadisənin səbəbləri araşdırılır.
Geri dön