Ana Sayfa > Özəl > YAP Qusar ərazi partiya təşkilatının iclası keçirilib

YAP Qusar ərazi partiya təşkilatının iclası keçirilib


Dünən, 22:16. Yazar: azer
YAP Qusar ərazi partiya təşkilatının iclası keçirilib

Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının “Heydər Əliyev prospekti 134” ünvanında yerləşən (Qusar rayon İcra Hakimiyyəti) ərazi partiya təşkilatının iclası keçirilib.

aia.az xəbər verir ki, iclasda Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri Kamran Əmirov giriş sözü ilə çıxış edərək 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması yeni, müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyduğunu qeyd etdi. Bu gün də Yeni Azərbaycan Partiyasının fəaliyyətində Ümummilli Lider Heydər Əliyevin ideya və arzuları yaşayır. Hazırda isə Ulu öndər Heydər Əliyevin siyasi kursu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra yığıncağın gündəliyində duran təşkilatı məsələ haqqında YAP Qusar rayon təşkilatının sədr müavini Neva Abdurahmanova məlumat verib. İclasın işində çıxışlar dinlənilib, açıq səsvermə yolu ilə ərazi partiya təşkilatının sədr vəzifəsinə rayon İcra Hakimiyyəti başçısının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyhun Hacıyev, sədr müavini vəzifəsinə isə Aparatın Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun məsləhətçisi Kəmalə Qılıçova seçilib.
Yeni seçilmiş sədr və sədr müavininə gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Geri dön