Ana Sayfa > Ölkə > Bakı dənizsiz qalır: Xəzərlə bağlı qorxulu ssenari

Bakı dənizsiz qalır: Xəzərlə bağlı qorxulu ssenari


Bu gün, 21:09. Yazar: vasif
Bakı dənizsiz qalır: Xəzərlə bağlı qorxulu ssenari


Xəzər dənizinin gələcəyi ilə bağlı açıqlanan yeni proqnozlar narahatlıq doğurur.

Müxtəlif hesablamalara görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər.

Hətta ən optimist ssenariyə əsasən belə, Xəzər hövzəsinin şimal və şərq hissələrində dəniz sahili yüzlərlə kilometr geri çəkiləcək.

Proqnozlara görə, Bakı artıq sahilyanı şəhər olmayacaq. Türkmənistandakı nəhəng Qaraboğazgöl körfəzi tamamilə quruyacaq.

Bununla yanaşı, İran sahilləri və Qafqaz dağları boyunca uzanan sahil zolağının böyük hissəsinin bu prosesdən nisbətən az təsirlənəcəyi bildirilir.musavat.com
Geri dön