Ana Sayfa > Şou-biznes > Lalənin çimərlik geyimində görüntüləri müzakirə yaratdı
Lalənin çimərlik geyimində görüntüləri müzakirə yaratdıBu gün, 19:46. Yazar: vasif |
![]() Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə etdiyi son paylaşımı ilə izləyicilərinin diqqətini üzərinə cəmləyib. Sənətçi instaqram hesabında hovuzda lentə alınan görüntülərini paylaşıb. Videoda Lalənin üzgüçülük dərslərinə qatıldığı və peşəkar məşqçi nəzarəti altında məşq etdiyi əks olunub. Müğənni paylaşımında yeni bacarıq öyrənməyə başladığını nümayiş etdirərkən, hovuzdakı rahat və səmimi anlarını da izləyiciləri ilə bölüşüb. Onun çimərlik geyimində çəkilən görüntüləri qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Paylaşım izləyicilər arasında maraq doğurub. Bəzi istifadəçilər sənətçinin sağlam həyat tərzini və idmana marağını yüksək qiymətləndirərək ona uğurlar arzulayıblar. Digərləri isə Lalə Məmmədovanın fit görünüşünü və enerjisini tərifləyən şərhlər yazıblar.musavat.com Sənətçinin videosu qısa müddətdə minlərlə baxış toplayaraq sosial şəbəkələrdə geniş müzakirə olunub. ![]()
Geri dön |