Ana Sayfa > Karusel / Özəl / Yazar8 > Saxta erməni tarixinin kilsə kölgəsi: Xorenatsidən Paşinyana qədər.
Saxta erməni tarixinin kilsə kölgəsi: Xorenatsidən Paşinyana qədər.Bu gün, 14:14. Yazar: Semsi |
![]() "Hay"laşma ssenarisi: Şopenin kameral siyahıyaalmasından kilsənin etnik assimilyasiya siyasətinədək Böyük dövlətlər, Avropanın aparıcı siyasi mərkəzləri bu coğrafi və etnik saxtakarlığı, Armeniya adının arxasında gizlənən hay gerçəkliyini çox yaxşı bilsələr də, Şərq məsələsində, Cənubi Qafqaza və Anadoluya təzyiq etmək, bu regionda öz geosiyasi maraqlarını təmin etmək üçün erməni amilindən bir maşa kimi istifadə edirlər və onlar üçün bu yalan, regionda suları bulandırmaq üçün əla bir bəhanədir. Ancaq tarixin işıqlı tərəfi odur ki, böyük siyasi konyunkturaya və kilsənin hədələrinə baxmayaraq, susmayan, həqiqəti yazan vicdanlı beynəlxalq alimlər, qərbşünaslar və şərqşünaslar da olmuşdur və onların araşdırmaları erməni tarix mifini kökündən sarsıdır. Avropada Movses Xorenatsinin ssenarisini elmi cəhətdən ilk dəfə ifşa edən alimlərdən biri tanınmış ingilis ermənişünası, Harvard Universitetinin professoru Robert Tomson olmuşdur. O, Xorenatsinin "Ermənistan tarixi" əsərini ingilis dilinə tərcümə edərək dərindən analiz etdi və yazdı ki, bu kitab uydurmalarla doludur, müəllif iddia edildiyi kimi beşinci əsrdə yaşamayıb və sadəcə qonşu xalqların, yəni yunan, suriya, alban tarixlərini mənimsəyərək erməniləşdirib, yəni erməni tarixinin atası sayılan şəxs əslində böyük bir plagiat ustasıdır. Eynilə məşhur fransız şərqşünası və tarixçisi Avqust Karriyer hələ on doqquzuncu əsrin sonlarında apardığı fundamental araşdırmalarla Xorenatsinin qədim sənədlərini alt-üst etdi və sübut etdi ki, Xorenatsinin beşinci əsrə aid etdiyi bir çox hadisələr və şəxsiyyətlər əslində sonrakı əsrlərdə yaşamış adamların tərcümeyi-hallarından köçürülüb və bu kitab sadəcə siyasi-dini məqsədlər üçün uydurulmuş bir toplamadır. Ermənilərin bu bölgəyə tamamilə gəlmə olduğunu coğrafi və etnik xəritələrlə sübut edən ən böyük alimlərdən biri isə rus tarixçisi və şərqşünası, imperiya elmlər akademiyasının üzvü İvan Şopen idi və o, Çar Rusiyasının sifarişi ilə İrəvan xanlığı ərazisində kameral siyahıyaalma apararkən yazırdı ki, bu torpaqların bütün yerli adları, kəndləri, dağ-dərə toponimləri xalis türkcədir və ermənilər bura xaricdən kütləvi şəkildə köçürülmüş qeyri-yerli elementlərdir. Yenə digər məşhur rus tədqiqatçısı Vasili Veliçko Qafqazdakı etnik prosesləri təhlil edərkən erməni kilsəsinin qonşu xalqların, xüsusilə Qafqaz Albaniyasının mədəni irsini necə mənimsədiyini, qədim xristian alban abidələrinin üzərindəki yazıları qaşıyaraq yerinə erməni hərfləri yazdıqlarını faktlarla ifşa etmişdi. Hətta vicdanlı erməni alimlərinin özləri də bəzən bu acı həqiqəti etiraf etməyə məcbur olublar. Məsələn, erməni tarix elminin sütunlarından sayılan Karapet Ezov açıq şəkildə yazırdı ki, biz heç vaxt özümüzü erməni adlandırmamışıq, biz haylarıq, ölkəmiz isə Hayastandır, erməni adı bizə kənardan verilən coğrafi addır. Digər məşhur erməni akademiki Manuk Abeqyan isə erməni xalq ədəbiyyatı və tarixi haqqında yazarkən etiraf edirdi ki, erməni tarixinın kökündə real sənədlər yox, kilsə xadimlərinin uydurduğu dini rəvayətlər və əfsanələr dayanır və bu tarixin harada başlayıb, harada bitdiyini elmi yollarla müəyyən etmək qeyri-mümkündür. Bütün bu faktlar göstərir ki, siyasi rəhbərlər nə qədər sussa da, həqiqi və namuslu elm heç vaxt yalanı qəbul etmir və dünya siyasəti bu mifdən öz maraqları üçün bəhrələnsə də, vicdanlı alimlərin yazdıqları o qiymətli sənədlər tarixin arxivində bir bomba kimi qalmaqdadır və vaxtı gəldikdə bütün saxta imperiya ssenarilərini parça-parça edir. Bu məsələ tarixşünaslıqdan daha çox genetika və etnoqrafiya müstəvisində ən çox spekulyasiya edilən, lakin elmi cəhətdən də olduqca ciddi əsasları olan bir mövzudur və qeyd edilən erməniləşmə və ya daha dəqiq desək, haylaşma prosesi Cənubi Qafqazın və Kiçik Asiyanın etnik tarixinin ən maraqlı və kədərli səhifələrindən biridir. Genetik və tarixi kontekstdə bu prosesi təhlil etdikdə ilk növbədə Erməni Apostol Kilsəsinin tarix boyu sadəcə bir dini qurum kimi deyil, həm də etnik assimilasiya mərkəzi kimi fəaliyyət göstərdiyi üzə çıxır. Xristianlığı qəbul edən istənilən yerli xalq, istər qıpçaq türkü, istər alban, istər yunan, istərsə də digər qafqazlılar olsun, kilsəyə keçdikdən bir-iki nəsil sonra hay kimliyinə bürünürdü və bu, sadəcə dil dəyişikliyi deyil, bir kimlik transformasiyası idi. Kilsənin dil və din üzərindəki inhisarı o qədər güclü idi ki, xristian olan türk boyları, məsələn, bizə məlum olan qıpçaq mənşəli erməni icmaları qısa müddətdə öz türk köklərini unudaraq kilsə dili olan qrabar və ya erməni danışıq dilinə keçib, özlərini hay adlandırmağa başlayıblar. Bu baxımdan, xristian türklərin mövcudluğu tarixi reallığı təşkil edir. Qıpçaq türkləri, Xəzər xaqanlığından qalan əhali və Anadoluya yayılan türkmən boylarının bir hissəsi xristianlığı qəbul etdikdən sonra məhz erməni kilsəsinin çətiri altına keçiblər. Məşhur qıpçaq mənşəli ermənilər, məsələn, Lvovdakı erməni koloniyaları buna ən bariz sübutdur. Onların yazdığı əlifba erməni hərfləri olsa da, dili xalis qıpçaq türkcəsi idi. Kilsə onları elə sıx mühitə alırdı ki, üçüncü nəsildən etibarən onlar artıq özlərini hay hesab edirdilər və bu, sadəcə dilin dəyişməsi deyil, bir xalqın öz genetik yaddaşını kilsəyə qurban verməsi idi. Şəmsi Qoca, Qərbi Azərbaycan İcması Mərkəzi aparatının elmi işçisi, Qlızılqoç Rayon İcmasının sədri Geri dön |