Ana Sayfa > Özəl > Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi həyata keçirildi

Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi həyata keçirildi


Bu gün, 18:43. Yazar: vasif
Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi həyata keçirildi



Rusiya və Ukrayna arasında növbəti meyit mübadiləsi baş tutub. Ukrayna Əsirlərin Müalicəsi üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, Rusiya 501 ukraynalı hərbçinin nəşini Ukraynaya təhvil verib.

Bildirilib ki, qaytarılan meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün müvafiq ekspertiza və identifikasiya prosedurlarına yaxın vaxtlarda başlanılacaq.

Meyitlərin təhvil verilməsi prosesinin təşkilində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iştirak etdiyi qeyd olunub.

Rusiya mətbuatının yaydığı məlumata görə isə, bu mübadilə çərçivəsində Ukrayna tərəfi Rusiyaya 31 rusiyalı hərbçinin nəşini təhvil verib.

Rusiya və Ukrayna arasında müharibə davam etsə də, tərəflər müəyyən humanitar məsələlər, o cümlədən əsir və həlak olan hərbçilərin meyitlərinin mübadiləsi ilə bağlı vaxtaşırı razılaşmalar həyata keçirirlər.

Geri dön