Ana Sayfa > İdman > Azərbaycanın UEFA reytinqində irəlilədi
Azərbaycanın UEFA reytinqində irəlilədiBu gün, 11:50. Yazar: Subhan |
![]() Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da yüksəlib. aia.az xəbər verir ki, buna "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyunlarında qazandıqları qələbələr səbəb olub. Ağdam təmsilçisi UEFA Avropa Liqasında səfərdə İslandiyanın "Vestri" komandasını, "qartallar" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" klubunu 3:0 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra Azərbaycanın cari mövsüm üzrə UEFA reytinqinə topladığı əmsal 1,500-ə yüksəlib. Ölkəmizin ümumi əmsalı isə 20,062-yə çatıb və Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. Qeyd edək ki, UEFA ölkə reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir. aia.az Geri dön |