Ana Sayfa > Manşet / Siyasət > Pelleqrini Prezidentin bu təklifi ilə -
Pelleqrini Prezidentin bu təklifi ilə -Bu gün, 11:06. Yazar: Subhan |
![]() Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdığını bildirib. aia.az xəbər verir ki, bu barədə Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib. O qeyd edib ki, Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər edib: "Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya (danışıqların Şuşada keçirilməsi - red.) Prezident İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal razılaşdım, çünki bu torpağın tarixini bilirəm". P. Pelleqrini qeyd edib ki, o və bütün nümayəndə heyəti şəhərdə aparılan bərpa işlərinə heyran qalıb: "Deməliyəm ki, ilk dəqiqədən bütün nümayəndə heyətimiz infrastruktura edilən irimiqyaslı yatırımlara və burada baş verənlərə heyran qalıb". Xatırladaq ki, Slovakiya Prezidenti 13-15 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olub. aia.az Geri dön |