Ana Sayfa > Dünya > Moskvanı yanacaqla təmin edən sonuncu neft emalı zavodu da VURULDU

Moskvanı yanacaqla təmin edən sonuncu neft emalı zavodu da VURULDU


Bu gün, 16:40. Yazar: vasif
Moskvanı yanacaqla təmin edən sonuncu neft emalı zavodu da VURULDU


Ukrayna paytaxt Moskvanı yanacaqla təmin etməyə davam edən sonuncu iri neft emalı zavoduna (NEZ) zərbə endirib.

aia.az xəbər verir ki, bu barədə "Agentstvo" nəşri məlumat yayıb.

OSINT analitiklərinin məlumatına görə, Yaroslavl şəhərinə təşkil edilən hücum zamanı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarından (PUA) biri Yaroslavl neft emalı zavodunun ərazisinə düşüb.

Sözügedən müəssisə Moskva və Moskvaətrafı regionlar üçün ən mühüm yanacaq tədarükçülərindən biri hesab olunur.

Qeyd edək ki, bundan əvvəl həyata keçirilən analoji zərbələr nəticəsində Ryazan və Nijni Novqorod vilayətinin Kstovo şəhərindəki NEZ-lərin, həmçinin paytaxt regionunun yanacaq tələbatının 40%-ə qədərini ödəyən Kapotnyadakı Moskva neft emalı zavodunun fəaliyyəti dayandırılmışdı.

İllik emal gücü təxminən 16 milyon ton neft olan Yaroslavl NEZ əvvəlki hücumlara baxmayaraq, indiyə qədər fəaliyyətini davam etdirə bilmişdi.
Geri dön