Ana Sayfa > Ölkə > Bakı–Balakən-Bakı qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq

Bakı–Balakən-Bakı qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq


Bu gün, 16:22. Yazar: vasif
Bakı–Balakən-Bakı qatarının fəaliyyəti müvəqqəti dayandırılacaq


Avqustun 1-nə qədər Bakı-Balakən sərnişin qatarı Qax stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq, gələn aydan isə qatarın fəaliyyəti müvəqqəti dayandırılacaq.
aia.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Qax, Zaqatala və Balakən rayonlarındakı qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş zərərdir. Hazırda zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bu marşrut üzrə 1-13 avqust tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam şəkildə qaytarılacaq. İctimaiyyətə əlavə məlumat veriləcək.
Geri dön