Ana Sayfa > Özəl > Tehran: ABŞ ilə danışıqların bərpası gündəmdə deyil

Tehran: ABŞ ilə danışıqların bərpası gündəmdə deyil


Bu gün, 19:00. Yazar: vasif
Tehran: ABŞ ilə danışıqların bərpası gündəmdə deyil



İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Tehran hazırda ABŞ ilə danışıqların bərpasını nəzərdən keçirmir.
Onun sözlərinə görə, İranın Vaşinqtonla yeni danışıqlara başlamaq planı yoxdur və ölkənin əsas diqqəti milli təhlükəsizlik və müdafiə məsələlərinə yönəlib.
Bəqayi qeyd edib ki, Tehran və Vaşinqton arasında əldə olunan razılaşmalar qarşılıqlı öhdəliklər prinsipi əsasında qurulmalıdır. O vurğulayıb ki, qarşı tərəf üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, İran da həmin razılaşmalara əməl etməyəcək.
İran XİN sözçüsü bildirib ki, rəsmi Tehran qarşılıqlı etimad və öhdəliklərin icrası olmadan hər hansı yeni razılaşmanın mümkün olmadığını hesab edir.
Geri dön