Ana Sayfa > Özəl > Ankaradan S-400-lərlə bağlı rəsmi açıqlama
Ankaradan S-400-lərlə bağlı rəsmi açıqlamaBu gün, 14:13. Yazar: vasif |
![]() Türkiyə Milli Müdafiə Nazirliyi Rusiyadan alınmış S-400 hava hücumundan müdafiə sistemlərinin başqa ölkəyə verilməsi və ya satılması ilə bağlı yayılan iddialara münasibət bildirib. Nazirliyin açıqlamasında qeyd olunub ki, S-400 sistemləri ilə bağlı proseslər müxtəlif istiqamətlər üzrə davam edir və mövzu ilə əlaqədar inkişaflar barədə ictimaiyyətə rəsmi qaydada məlumat veriləcək. Bununla yanaşı, qurum yayılan xəbərləri birbaşa təsdiqləməyib və ya təkzib etməyib. Qeyd edək ki, son günlər beynəlxalq mediada Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin Körfəz ölkələrindən birinə verilə biləcəyi ilə bağlı müxtəlif iddialar yayılıb. Həmin məlumatlarla bağlı rəsmi təsdiq təqdim olunmayıb. Geri dön |