Ana Sayfa > Gündəm / Karusel > Donald Trampın reytinqi daha 1 faiz aşağı düşdü

Donald Trampın reytinqi daha 1 faiz aşağı düşdü


30-03-2017, 11:35. Yazar: admin
Donald Trampın reytinqi daha 1 faiz aşağı düşdü



ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb. Bu barədə "Gallup”ın apardığı sorğunun nəticəsində bildirilir.
Martın 28-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 35%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Bundan əvvəlki sorğuda isə respondentlərin 36%-i D.Trampın fəaliyyətini dəstəkləmişdi.
Qeyd olunur ki, iki aylıq prezidentlik dövründə Barak Obamanı 60%-dan, kiçik Corc Buşu isə 50%-dən çox respondent dəstəkləyib. "Gallup"ın gündəlik sorğularında 1500 nəfər iştirak edir.

AİA.az
Geri dön