Ana Sayfa > Dünya > Balkonda paltar qurudanları PUL CƏZASI gözləyir
Balkonda paltar qurudanları PUL CƏZASI gözləyirBu gün, 13:18. Yazar: vasif |
![]() Azərbaycanda olsa necə olar? Fransada yaşayış binalarında balkonlardan istifadə ilə bağlı qaydalara nəzarət gücləndirilib. Bina təhlükəsizliyi və fasadın görünüşü ilə bağlı tələbləri pozaraq balkonda paltar quran, qaydalara uyğun olmayan formada gül dibçəkləri yerləşdirən və ya digər dəyişikliklər edən şəxslər 750 avroya (təxminən 1500 manat) qədər cərimələnə bilərlər. Yerli qanunvericiliyə əsasən, balkon və binanın xarici görünüşünə təsir edən hər hansı dəyişiklikdən əvvəl sakinlər yaşadıqları binanın daxili qaydaları və bələdiyyə tələbləri ilə tanış olmalıdırlar. Fransada bütün ölkə üzrə vahid qadağa tətbiq olunmur – qaydalar bələdiyyədən bələdiyyəyə, eləcə də binadan binaya dəyişə bilər. Buna görə bəzi yaşayış komplekslərində paltarın küçədən görünəcək şəkildə qurudulması tamamilə qadağan edilir. Səlahiyyətli qurumlar bildirirlər ki, balkonların xarici hissəsindən asılan və möhkəm bərkidilməyən gül dibçəkləri küləyin təsiri ilə düşərək piyadaların və avtomobillərin təhlükəsizliyinə ciddi risk yarada bilər. Belə hallarda mənzildə yaşayan şəxs – istər ev sahibi, istərsə də kirayəçi – hüquqi məsuliyyət daşıyır. Mütəxəssislər dibçəklərin balkonun daxili hissəsində yerləşdirilməsini və onların çəkisinin mütəmadi yoxlanılmasını tövsiyə edirlər. Bundan başqa, günəş çətirləri və balkon arakəsmələrinin quraşdırılması da müəyyən qaydalara tabedir. Binanın fasad görünüşünü dəyişdirən və ya ümumi əmlaka bərkidilən konstruksiyalar üçün bəzi hallarda bina rəhbərliyinin və ya bələdiyyənin icazəsi tələb olunur. Qaydalara əməl edilmədiyi təqdirdə bina rəhbərliyi məhkəməyə müraciət edərək həmin dəyişikliklərin sökülməsini tələb edə bilər. Fransa qanunvericiliyinə görə, təhlükəsizlik və bələdiyyə qaydalarının pozulmasına görə adi hallarda 150 avroya qədər cərimə tətbiq oluna bilər. Lakin bəzi xüsusi hallarda pozuntu daha ağır inzibati xəta kimi qiymətləndirilərsə, cərimənin məbləği 750 avroya qədər yüksələ bilər. Bu səbəbdən balkonda paltar qurutmağa və digər dəyişikliklərə görə tətbiq edilən cərimə hər bir hadisənin xarakterindən və yerli qaydalardan asılı olaraq müəyyən edilir.musavat.com Geri dön |