Ana Sayfa > Manşet / Siyasət > Trampdan İlham Əliyevin çıxışı ilə bağlı -
Trampdan İlham Əliyevin çıxışı ilə bağlı -Bu gün, 11:08. Yazar: Subhan |
![]() ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb. aia.az xəbər verir ki, Trampın rəsmi “Truth Social” hesabında paylaşdığı material “Breitbart News”un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb. “Breitbart News”un məqaləsində IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı dövlət başçısının rəsmi sosial media hesablarından yayılıb. Prezident İlham Əliyev: Tramp sülhü imkan kimi görür Məqalədə Prezident İlham Əliyevin “Breitbart News”un sualını cavablandırarkən ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rola xüsusi qiymət verməsi ön plana çıxarılır. Prezident bildirib ki, əvvəlki ABŞ administrasiyaları təxminən otuz il ərzində münaqişəni həll etmək əvəzinə onun dondurulmuş vəziyyətdə saxlanmasına üstünlük veriblər. "Donald Tramp sülhü sevən insandır. O, sülhə imkan kimi baxır", – Prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə, Tramp administrasiyası Azərbaycanın narahatlıqlarını düzgün anlayıb, Ermənistan rəhbərliyini sülhün hər iki dövlət üçün faydalı olduğuna inandırmağa çalışıb və nəticədə "sülhü mümkün edən bir çərçivə yaradıb". aia.az Geri dön |