Ana Sayfa > Karusel / Ölkə > Qubada 5 aylıq hamilə qadın öldü

Qubada 5 aylıq hamilə qadın öldü


Bu gün, 10:58. Yazar: Subhan
Qubada 5 aylıq hamilə qadın öldü

Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının ölümü ilə bağlı hadisə qeydə alınıb.

aia.az xəbər verir ki, rayonun İqrığ kənd sakini, 2003-cü il təvəllüdlü S. Əmrahova 5 aylıq hamilə olub.

Bildirilib ki, ona antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil pisləşib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az
Geri dön