Ana Sayfa > Gündəm > "Oyunlar zolağı"nın çəkilişinə start verilir - Hərəkət məhdudlaşdırılacaq

"Oyunlar zolağı"nın çəkilişinə start verilir - Hərəkət məhdudlaşdırılacaq


29-03-2017, 16:39. Yazar: admin
"Oyunlar zolağı"nın çəkilişinə start verilir - Hərəkət məhdudlaşdırılacaq



“Azəravtoyol” ASC tərəfindən 12-22 mayda Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə start verilir.

ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Neftçilər prospekti “Azneft meydanı”ndan başlanılır.

Bu məqsədlə axşam saat 22:00-dan etibarən səhər saatlarınadək Neftçilər prospektinin “Azneft meydanı”ndan Bakı İdman Sarayına qədər olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaq üzrə hissə-hissə məhdudlaşdırılacaq.

“Oyunlar zolağı”nın kənarlarına sarı xətt çəkiləcək, asfalt üzərində isə təyin edilən yerlərdə “Bakı 2017” sözləri yazılacaq.

“Oyunlar zolağı”nın Neftçilər prospektinə (“Azneft meydanı” - Bayraq Meydanı), Bakı-Ələt yolunun 2-14 km-lik hissəsinə, Bakı Dairəvi-1 avtomobil yoluna, Moskva, Ziya Bünyadov və Atatürk prospektilərinə, Vaqif və Hənifə Ələsgərov küçələrinə, həmçinin Tbilisi prospektinə çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, “Azəravtoyol” ASC Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

AİA.az
Geri dön