Ana Sayfa > Ölkə > Operativ məlumat: Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
Operativ məlumat: Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıbBu gün, 15:55. Yazar: vasif |
![]() Əkin sahələrinin 79 faizində biçin yekunlaşıb Respublikada taxıl biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahın operativ məlumatına görə, iyulun 15-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 78,5 faizində biçin başa çatıb. Mövsüm ərzində 755 500 hektar sahədə biçin aparılıb, bu sahələrdən 2 636 623 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 34,9 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4 sent/ha çoxdur. İndiyədək mexanizatorlar tərəfindən 307 384 hektar buğda, 448 116 hektar arpa sahəsi biçilib. Bu sahələrdən 1 175 093 ton buğda, 1 461 528 ton arpa yığılıb. Buğda sahələrinin 67 faizində, arpa sahələrinin isə 89,3 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 38,2 sent/ha, arpa üzrə isə 32,6 sent/ha təşkil edir. Artıq 13 rayonda - Ucar, Ağdaş, Bərdə, Biləsuvar, Cəlilabad, Kürdəmir, Yevlax, Masallı, Neftçala, Sabirabad, Salyan, Kəlbəcər və Şuşada biçin tam yekunlaşıb, Respublikanın 12 rayonunda - Ağsu, Astara, Balakən, Beyləqan, Göyçay, Goranboy, Naftalan, İmişli, Zərdab, Saatlı, Samux, Tərtər rayonlarında taxıl biçini yekunlaşmaq üzrədir. Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır. Geri dön |