Ana Sayfa > Özəl > Zelenski dron istehsalı ilə bağlı yeni hədəfi açıqladı

Zelenski dron istehsalı ilə bağlı yeni hədəfi açıqladı


Bu gün, 18:11. Yazar: vasif
Zelenski dron istehsalı ilə bağlı yeni hədəfi açıqladı



Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin pilotsuz uçuş aparatları istehsalının sürətlə artdığını və hərbi sənaye sahəsində yeni mərhələyə keçdiyini bildirib.
Ukrayna Dövlətçiliyi Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Zelenski qeyd edib ki, bir vaxtlar ildə 1 milyon dron istehsalı hədəfi real görünmürdü. Onun sözlərinə görə, hazırda ölkənin istehsal gücü illik 10 milyon pilotsuz uçuş aparatına çatıb və gələcəkdə bu rəqəmin 20 milyona yüksəldilməsi planlaşdırılır.
Prezident bildirib ki, müdafiə sənayesində əldə olunan nəticələr ölkənin hərbi potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən proqramların nəticəsidir.
Zelenski vurğulayıb ki, pilotsuz uçuş aparatlarının istehsalının artırılması Ukraynanın müdafiə imkanlarının genişləndirilməsində əsas prioritetlərdən biri olaraq qalır.
Onun sözlərinə görə, hərbi texnologiyalar sahəsində davam edən inkişaf yerli sənaye müəssisələrinin və mütəxəssislərin fəaliyyəti hesabına təmin edilir və ölkənin müdafiə qabiliyyətinin artırılmasına xidmət edir.



Geri dön