Ana Sayfa > Karusel / Özəl / Qərbi Azərbaycan / Yazar7 > Saxta erməni tarixinin kilsə kölgəsi:
Saxta erməni tarixinin kilsə kölgəsi:Bu gün, 13:11. Yazar: Semsi |
![]() I yazı İtirilmiş orijinalın "Matenadaran" sirri: Robert Tomsonun tədqiqatları və Xorenatsinin gecikmiş əsri Cənubi Qafqazın və Kiçik Asiyanın etnik tarixinin qaranlıq səhifələrinə işıq saldıqda, qarşı tərəfin illərdir qurduğu mifik ssenarilərin elmi əsaslarının necə sarsıldığının şahidi oluruq. Bu məsələdə erməni tarixçilərinin, xüsusən də bu tarixşünaslığın atası sayılan Movses Xorenatsinin irəli sürdüyü iddialara gəldikdə isə, onun tamamilə elmi əsasa malikdir və beynəlxalq şərqşünaslıq elmində uzun illərdir müzakirə olunur. Movses Xorenatsinin irsi, tarixi "Armeniya" anlayışının coğrafi mahiyyəti və "hay" etnik kimliyinin mənşəyi ətrafında aparılan elmi diskussiyalar, müasir dövrdə siyasiləşdirilmiş tarix ssenarilərinin real mahiyyətini üzə çıxarmaq baxımından böyük əhəmiyyət kəsb edir. Beynəlxalq şərqşünaslıq elmində, eləcə də Avropa və rus tarixçilərinin, xüsusən də on doqquz və iyirminci əsr tənqidçilərinin apardıqları araşdırmalarda bu mövzular illərdir ki, tənqidi şəkildə təhlil olunur və müəllifin məşhur "Ermənistan tarixi" əsərinin bütövlükdə böyük bir müəmmadan ibarət olduğu sübut edilir. Jurnalist və tədqiqatçı təfəkkürü ile məsələnin kökünə vardıqda qədim mənbələrin təhrif edilməsi, toponimlərin erməniləşdirilməsi və coğrafi adların etnik kimlik kimi təqdim olunması cəhdləri bütöv bir saxtakarlıq zəncirini ortaya qoyur. İlk növbədə, müəllifin iddia edildiyi kimi beşinci əsrdə deyil, daha gec bir dövrdə, yəni yeddinci və ya səkkizinci əsrlərdə yaşadığı və əsərinin sonradan müəyyən siyasi sifarişlər əsasında sistemləşdirildiyi elmi şəkildə irəli sürülür. Bununla yanaşı, o dövrün qədim Albaniya, Midiya, Suriya və yunan mənbələrindən götürülmüş fərqli tarixi hadisələri toplayaraq erməniləşdirən bu müəllifin mənşəcə erməni olması faktı heç bir ciddi sənədlə təsdiqlənmir. Bir çox dünya alimləri onu sadəcə qədim kilsə dillərini bilən, lakin əslində regionun tam fərqli etnik qruplarına, o cümlədən yəhudi və ya qədim yerli qafqazdilli nəsillərə mənsub olan bir xronikaçı hesab edirlər. Bu baxımdan, onun qələmə aldığı kitab elmi tarixdən daha çox, kilsənin maraqlarına xidmət edən bədii-ideoloji bir sənəd xarakteri daşıyır. Məsələnin bu düyün nöqtəsinə toxunduqda aydın olur ki, bu gün Ermənistanın "qədim tarix" ssenarisinin müəllifinin öz kimliyi sübut olunmayıbsa, onun əsərində keçən Taşir və ya Amasiya adlarının erməni mənşəli olmasından danışmaq tamamilə əsassız bir iddiaya çevrilir. Bu iki məqam bir-birini tamamlayaraq qarşı tərəfin arqumentlərini kökündən sarsıdan ən kəsərli elmi həqiqətləri formalaşdırır. ![]() Bu gün erməni tarixinin atası sayılan Movses Xorenatsiyə aid edilən və qədim ermənicədə, yəni qrabar dilində yazıldığı iddia olunan "Patmutyun Hayots" (Ermənistan Tarixi) adlı bir mətnin mövcudluğu məlumdur. Ancaq burada ən böyük elmi aldatmaca və sirr ondan ibarətdir ki, müəllifin öz əli ilə yazdığı beşinci əsrə aid heç bir orijinal əlyazma mövcud deyil. Bu gün əldə olan ən qədim nüsxə Xorenatsidən qat-qat sonraya, yəni on dördüncü əsrə aid edilir. Hazırda həmin on dördüncü əsr nüsxəsi və sonrakı dövrlərə aid əlyazmalar İrəvandakı qədim əlyazmalar institutu olan Matenadaranda, bəzi digər nüsxələr isə Venesiyadakı San-Lazzaro adasında yerləşən Mxitarist katolik erməni monastırının kitabxanasında və Vatikanda qorunub saxlanılır. Həmin kitab müxtəlif dövrlərdə rus, fransız, ingilis dillərinə tərcümə edilərək çap olunsa da, erməni kilsəsi və ideoloqları bu sənədin orijinal, xam və tənqidi variantının dünya elmi ictimaiyyəti tərəfindən geniş şəkildə araşdırılmasından həmişə çəkiniblər. Kitabın tam şəkildə, xüsusən də şərhsiz yayılmamasının arxasında çox ciddi elmi qorxular dayanır. Fransız alimi Robert Tomson kimi Avropa şərqşünasları Xorenatsinin tərcümə olunmuş əsərini tənqidi analiz edərkən sübut etdilər ki, müəllif beşinci əsrdə hələ baş verməmiş hadisələrdən və mövcud olmayan coğrafi adlardan bəhs etdiyi üçün ən tezi yeddinci və ya səkkizinci əsrlərdə yaşamışdır. Bu həqiqətin geniş yayılması Xorenatsinin beşinci əsr müəllifi olması mifini tamamilə çökdürə bilər. Digər tərəfdən, kitab dərindən araşdırıldıqda məlum olur ki, müəllif yunan tarixçisi Yevsevi Kesariyskinin, qədim Suriya xronikalarının və ən əsası, Qədim Albaniya və Midiya tarixinə aid yerli salnamələrin mətnlərini birbaşa köçürərək sadəcə adları erməniləşdirmişdir. Yəni bu kitab müstəqil tarixi mənbə deyil, uydurmalarla zəngin bir toplama materialdır. Üstəlik, kitabın ilk hissələri tamamilə Nuh peyğəmbərin nəslindən gələn və xalq etimologiyasında heç bir real qarşılığı olmayan Hayk, Aram, Ara Geletsik kimi uydurma personajların nağılları üzərində qurulmuşdur. Bu nağılvari üslub elmi cəhətdən o qədər ciddiyyətsizdir ki, onun dünya tərəfindən real bir sənəd kimi qəbul edilməyəcəyini erməni tədqiqatçıları özləri də yaxşı anlayırlar. Şəmsi Qoca, Qərbi Azərbaycan İcması Mərkəzi aparatının elmi işçisi, Qlızılqoç Rayon İcmasının sədri Geri dön |