Ana Sayfa > Dünya > İranın cənubunda 30-dan çox mülki ölüb
İranın cənubunda 30-dan çox mülki ölübBu gün, 12:30. Yazar: Subhan |
![]() Son günlərdə ABŞ-nin İranın cənubuna hərbi hava hücumlarında 30-dan çox mülki vətəndaş ölüb. aia.az xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatimə Mohacerani “X” sosial şəbəkəsindəki hesabında yazıb. “Ölənlərin ailələrinə başsağlığı verir, xatirəsini yad edirik. İran hökuməti bütün imkanları ilə vətəndaşların yanında olacaq”, - deyə o qeyd edib. Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib. aia.az Geri dön |