Ana Sayfa > Gündəm > Teymur Musayev İordaniya səfiri ilə görüşüb
Teymur Musayev İordaniya səfiri ilə görüşübBu gün, 12:19. Yazar: Subhan |
![]() Azərbaycanın səhiyyə naziri Teymur Musayev İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüş keçirib. aia.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti, eləcə də əlaqələrin genişləndirilməsi istiqamətində perspektivlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər tibbi xidmətlərin təşkili, rəqəmsal səhiyyənin inkişafı, tibb elmi, əczaçılıq sənayesi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər. Səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə İordaniya arasında müxtəlif istiqamətlərdə səmərəli əməkdaşlığın formalaşdığını vurğulayaraq, səhiyyə sektorunda da əlaqələrin inkişafı üçün əlverişli imkanların mövcud olduğunu bildirib. Nazir xüsusilə tibbi təhsil, səhiyyə mütəxəssislərinin hazırlanması, elmi-praktik əməkdaşlıq və peşəkar təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. İordaniyanın Azərbaycandakı səfiri Ömər Bərəkət əl-Nahar isə iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin, qarşılıqlı səfərlərin təşkilinin və birgə layihələrin həyata keçirilməsinin həm Azərbaycan, həm də İordaniya üçün mühüm faydalar verəcəyini bildirib. Görüşün sonunda tərəflər Azərbaycan ilə İordaniya arasında səhiyyə sahəsində əməkdaşlığın gələcəkdə də uğurla davam etdirilməsi və yeni istiqamətlər üzrə əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı qarşılıqlı əminliklərini ifadə ediblər. aia.az Geri dön |