Ana Sayfa > Gündəm > "Fermerlər zərərverici və xəstəlik riskləri barədə əvvəlcədən xəbərdarlıq alırlar" -
"Fermerlər zərərverici və xəstəlik riskləri barədə əvvəlcədən xəbərdarlıq alırlar" -Bu gün, 12:03. Yazar: Subhan |
![]() Azərbaycanda rəqəmsal kənd təsərrüfatı həlləri fermerlərə zərərverici və bitki xəstəlikləri ilə bağlı risklər barədə əvvəlcədən məlumat almağa imkan verir. aia.az xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib. İlhamə Qədimova qeyd edib ki, iqlim və aqrar məlumatların təhlili nəticəsində müəyyən bitkilər üzrə zərərverici və xəstəlik riskləri əvvəlcədən proqnozlaşdırılır və fermerlərə operativ bildirişlər göndərilir. Nazir müavini qeyd edib ki, hazırda bəzi bitkilər üzrə fermerlər bu xəbərdarlıqları almağa başlayıblar. Bu isə problemlər yaranmamışdan əvvəl qabaqlayıcı tədbirlərin görülməsinə və məhsuldarlıq itkilərinin minimuma endirilməsinə şərait yaradır. İ.Qədimova vurğulayıb ki, rəqəmsal transformasiyanın əsas məqsədi yalnız texnologiyaların tətbiqi deyil, məlumatların dəyərə çevrilməsi və qərarların daha səmərəli qəbul edilməsinin təmin olunmasıdır. aia.az Geri dön |