Ana Sayfa > Gündəm > "Uşağı bətndən çıxarıb, öz anasına yedirdiblər" - Yaqub Mahmudov

"Uşağı bətndən çıxarıb, öz anasına yedirdiblər" - Yaqub Mahmudov


29-03-2017, 15:45. Yazar: admin
"Uşağı bətndən çıxarıb, öz anasına yedirdiblər" - Yaqub Mahmudov



"Ermənilər Cənubi Qafqaza köçürüldükdən sonra buradakı sabitlik pozulub. İşğalçıları Qafqaza köçürən qüvvələr daim onları müdafiə ediblər"

AzVision.az xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitunin direktoru, deputat Yaqub Mahmudov 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, erməniləri Cənubi Qafqaza köçürən qüvvələr onları müdafiə etməklə buranı gərginlik ocağı kimi saxlayırlar.

"1918-ci ildə Azərbaycan xalqının ölüm və ya qalım məsələsi həll olunub. O zaman Azərbaycan torpaqlarında Ermənistanın yaradılması planı işlədilirdi. Tarixinə sahib çıxmayan xalqlar məhvə malikdirlər. Biz tariximizə sahib çıxırıq. Bir xalqı dilindən məhrum etmək üçün onun əlifbasını nə qədər dəyişərlər?! Bir xalqın mədəniyyətini nə qədər dəyişməyə cəhd edərlər?! Lakin xalq olaraq bizi heç kim məhv edə bilməyəcək".

Y.Mahmudov qeyd edib ki, ermənilərin insan öldürməsi faktları aşkarlansa, bu, dünya tarixinə ləkə kimi qeyd olunar. "Ermənilər uşağı bətndən çıxardıb, öz anasına yedirdiblər. Bu dəhşətli cinayət harada görülüb?".

AİA.az
Geri dön