Ana Sayfa > Ölkə > Qusarda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi münasibətilə “Tərəqqi yolunun başlanğıcı: 14 iyul 1969-cu il” adlı tədbir keçirilib
Qusarda Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi münasibətilə “Tərəqqi yolunun başlanğıcı: 14 iyul 1969-cu il” adlı tədbir keçirilibBu gün, 18:07. Yazar: azer |
![]() Heydər Əliyev Mərkəzində Qusar Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” məşğələsinin iştirakçıları və bir qrup gənclərlə görüş keçirilib. aia.az xəbər verir ki, görüş öncəsi Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbiri giriş sözü ilə YAP Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova açaraq, Ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən, onun Azərbaycana ilk rəhbərliyi dövründə həyata keçirdiyi mühüm islahatlardan və bu siyasətin ölkəmizin inkişafındakı rolundan bəhs edib.Tədbirdə iştirak edən siyasi elmlər üzrə fəlsəfə doktoru, yazıçı Məmmədağa Sərdarov Heydər Əliyev haqqında canlı xatirələrini bölüşüb M.Sərdarov Ulu Öndərin uzaqgörənliyi, qətiyyəti və strateji düşüncə tərzinin Azərbaycanın bu günkü inkişafının əsasını təşkil etdiyini vurğulayıb. Daha sonra Qusar Rayon İcra Hakimiyyəti Başçısı Apparatının ictimai-siyasi və humanitar məsələlər üzrə sektor müdiri Kamran Sədullayev, Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva, partiya fəalı Babacan Zəkiyev və Qusar şəhər 1 saylı tam orta məktəbin əlaçı şagirdi Elmir Ağamirzəyev çıxış edərək Heydər Əliyevin zəngin dövlətçilik irsindən, milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü işlərdən və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər. Tədbirin sonunda partiya sıralarına yeni qəbul olunmuş bir qrup üzvlərə vəsiqələr təqdim olunub və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi Elmirv Ağamirzəyev qiymətli hədiyyə ilə təltif olunub Geri dön |