Ana Sayfa > Dünya > Ərdoğan Pakistan ordusunun komandanı ilə görüşdü

Ərdoğan Pakistan ordusunun komandanı ilə görüşdü


Bu gün, 16:20. Yazar: Subhan
Ərdoğan Pakistan ordusunun komandanı ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munirlə görüşüb.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Ankara hava limanında baş tutan görüş mətbuata qapalı keçirilib.

Bildirilib ki, görüşdə Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz, Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlu və Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak ediblər.

aia.az
Geri dön