Ana Sayfa > Gündəm / Karusel > ABŞ-dan Türkiyə ilə bağlı terror xəbərdarlığı
ABŞ-dan Türkiyə ilə bağlı terror xəbərdarlığı29-03-2017, 15:25. Yazar: admin |
ABŞ-ın Ankaradakı səfirliyi ölkə vətəndaşlarına Türkiyədə artan mümkün terror təhlükəsi barədə xəbərdarlıq edib. AİA.az xəbər verir ki, bu barədə səfirliyin saytında məlumat yerləşdirilib. “Hazırda Türkiyəyə səfər etmək planınızı yenidən nəzərdən keçirin və daimi terror təhlükəsi ilə bağlı ölkənin cənub-şərqinə səfərlərdən çəkinin”, - deyə məlumatda bildirilir. Səfirlik, həmçinin insanları ictimai yerləri ziyarət etməkdən çəkinməyə çağırıb. Məlumatda vurğulanır ki, Türkiyədə martın sonları və aprel ayında əksəriyyəti siyasi xarakter daşıyan böyük yığıncaqlar və mitinqlər təşkil olunacaq: "Səfirlik keçirilmə məqsədindən asılı olmayaraq vətəndaşları belə yığıncaqlar, etiraz və nümayişlərdə iştirak etməkdən çəkinməyə çağırır. Hazırkı fövqəladə vəziyyətdə qeyri-qanunı yığıncaqlar, etiraz aksiyası və nümayişlərdə iştirak saxlanılma və ya həbslə nəticələnə bilər". AİA.az Geri dön |