Ana Sayfa > Özəl > İranda Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi parlamentə təqdim edildi

İranda Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi parlamentə təqdim edildi


Bu gün, 15:11. Yazar: vasif
İranda Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi parlamentə təqdim edildi



İran parlamentinə Hörmüz boğazının idarə olunması və Fars körfəzinin təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi təqdim olunub.
Məlumatı İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri İbrahim Əzizi açıqlayıb. Onun sözlərinə görə, layihə "Hörmüz boğazı və Fars körfəzinin təhlükəsizliyinin və dayanıqlı inkişafının təmin edilməsinə dair strateji tədbirlər" adlanır.
Əzizi bildirib ki, Tehran Hörmüz boğazı ilə bağlı mövqeyini və milli maraqlarını qorumaqda qətiyyətlidir. O, bu məsələnin İran üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Qanun layihəsinin qüvvəyə minməsi üçün əvvəlcə İran parlamentində qəbul edilməsi, daha sonra Konstitusiyanın Keşikçiləri Şurası tərəfindən təsdiqlənməsi və yekunda prezident tərəfindən imzalanması tələb olunur.
Geri dön