Ana Sayfa > Özəl > Peskov: Azərbaycanla Ukrayna məsələsində fərqli mövqedəyik, amma münasibətlər davam edir

Peskov: Azərbaycanla Ukrayna məsələsində fərqli mövqedəyik, amma münasibətlər davam edir


Bu gün, 21:39. Yazar: vasif
Peskov: Azərbaycanla Ukrayna məsələsində fərqli mövqedəyik, amma münasibətlər davam edir


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Bakı arasında Ukrayna müharibəsinə münasibətdə fikir ayrılıqlarının olduğunu təsdiqləyib.
Peskov bildirib ki, Rusiya ilə yaxın münasibətlərə malik olan bəzi dövlətlər Ukrayna məsələsində Moskvanın mövqeyini bölüşmür. Onun sözlərinə görə, Azərbaycanla bu mövzuda yanaşmalar fərqli olsa da, bu, iki ölkə arasındakı münasibətlərə maneə yaratmır.
Kreml rəsmisi vurğulayıb ki, tərəflər arasında mövcud fikir ayrılıqları ikitərəfli əməkdaşlığa kölgə salmamalıdır. O qeyd edib ki, Rusiya bu məsələdə praqmatik yanaşmanı davam etdirir.
Peskovun sözlərinə görə, Moskva müxtəlif məsələlərdə fərqli mövqelərin olmasını təbii hesab edir və bunu Azərbaycanla münasibətlərin inkişafına maneə kimi qiymətləndirmir.
Geri dön