Ana Sayfa > Özəl > Bircan Balidən Haluk Leventlə bağlı sərt iddialar

Bircan Balidən Haluk Leventlə bağlı sərt iddialar


Bu gün, 19:05. Yazar: vasif
Bircan Balidən Haluk Leventlə bağlı sərt iddialar



Türkiyədə AHBAP Dərnəyi ilə bağlı aparılan istintaq fonunda müğənni Haluk Levent ətrafındakı müzakirələr davam edir. Bu dəfə aparıcı Bircan Bali səsləndirdiyi açıqlamalarla diqqət çəkib.
Bircan Bali bildirib ki, vaxtilə AHBAP-ın fəaliyyətini yaxından izləmək və yardım prosesini ictimaiyyətə göstərmək istəsə də, bunun mümkün olmadığını iddia edib. Onun sözlərinə görə, təşkilatın fəaliyyətinin şəffaf olduğu bildirilsə də, bütün suallarına cavab ala bilməyib.
Aparıcı həmçinin yardım layihələri çərçivəsində istifadə olunan konteynerlərin qiymətləri ilə bağlı şübhələrinin yarandığını deyib. O iddia edib ki, bazarda daha aşağı qiymətə əldə edilə bilən konteynerlər üçün daha yüksək məbləğlər göstərilib və bu fərqin səbəbi izah olunmayıb.
Bircan Bali əlavə olaraq Haluk Leventlə bağlı başqa iddialar da səsləndirib. Lakin bu fikirlərin onun şəxsi iddiaları olduğu, həmin ittihamlarla bağlı məhkəmənin yekun qərarının və ya rəsmi təsdiqin olmadığı qeyd edilir.
Hazırda AHBAP Dərnəyi ilə bağlı istintaq davam edir və iş üzrə hüquqi araşdırmaların nəticəsi hələ açıqlanmayıb.
Geri dön